Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, Fidan və Blinken Qəzza zolağında mümkün qədər tez tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.
“G-20” xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşündə tərəflər arasında Ukrayna müharibəsi, NATO-nun genişlənməsi prosesi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələlər də müzakirə olunub.
Görüşdə qarşıdakı dövrdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki də diqqət mərkəzində olub.
Bizim.Media
![Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi](https://bizim.media/file/articles/2024/02/22/1708578825_4089eb21-b74a-33c3-9094-c6f610f02b88_850.jpg)
- A-
- A
- A+
Dünya
09:12 / 22.02.2024
Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi
Hazırda oxunan: Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi
Hazırda oxunan: Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi
179305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.