Türkiyədə koronavirusla bağlı SON DURUM: Ölənlərin sayı 35 minə yaxınlaşdı

Türkiyədə koronavirusla bağlı SON DURUM: Ölənlərin sayı 35 minə yaxınlaşdı

Hazırda oxunan: Türkiyədə koronavirusla bağlı SON DURUM: Ölənlərin sayı 35 minə yaxınlaşdı

17891

Görülən ciddi tədbirlərə, eləcə də məhdudiyyətlərin qismən sərtləşdirilməsinə baxmayaraq Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artımın qarşısı alınmır.

Bizim.Media Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 14-də ölkədə 310 min 420 nəfər testdən keçirilib.

Onların 62 min 797 nəfərində infeksiyanın olduğu aşkarlanıb, 2 min 802 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 279 nəfər ölüb, 55 min 413 nəfər isə sağalıb. Hazırda 3 min 18 nəfər reanimasiyadadır.

Qeyd edək ki, COVID-19 yayılmağa başlayandan bu günədək Türkiyədə 4 milyon 25 min 557 nəfərdə infeksiya aşkar olunub.

Onlardan 34 min 734 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Hökumət müqəddəs Ramazana ayında yoluxmanın daha kəskin artmasının qarşısını almaq üçün əlavə tədbirlərə başlayıb.

Ən son qərara görə, Ramazanın ilk həftələri “Evdə qal!” rejimi nisbətən sərtləşdiriləcək. Həftənin ilk beş günü tətbiq olunan bu rejim Türkiyə vaxtı ilə saat 19:00-dan ertəsi gün saat 05:00-dək tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO