Buz parçası üzərində qalan balıqçılar xilas edildi

Buz parçası üzərində qalan balıqçılar xilas edildi

Hazırda oxunan: Buz parçası üzərində qalan balıqçılar xilas edildi

178715

Rusiyanın Saxalin vilayətində qopmuş buz təbəqəsinin üzərində qalan balıqçıların təxliyyəsi başa çatıb, bütün insanlar sahilə çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

"82 nəfər təxliyə edilərək sahilə çıxarılıb. Xəsarət yoxdur", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Starodubskoye kəndi yaxınlığında Oxot dənizində 50 metr enində buz sahəsi qopub. İlkin məlumata görə, buzun üzərində 14 nəfər olub. Sonradan məlum olub ki, buz parçasının üzərində daha çox balıqçı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO