44 günlük Vətən müharibəsi zamanı ələ keçirilən düşmən silah-sursatı Hərbi Qənimətlər Parkında nümayiş olunur.
Eksponatlar arasında olan Azərbaycan torpaqlarını işğal, əsgərlərimizi qətl etməyə gələn erməni əsgərlərinin boş qalan dəbilqələri isə deyəsən çox adamı narahat edib.
Bu həmin o şəxslərdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndə əllərinə “qırmızı tuman” götürüb, “müharibəyə yox” deyən “no war”çuluqla məşğul idilər. Ancaq nədənsə onlar Azərbaycanın bir milyon qaçqını olanda, torpaqlarıının 20 faizi işğal olunanda həmin o bayraqları ilə erməninin üzərinə şığıyıb, haqqını tələb edə bilmədi və ya etmək istəmədilər.
Torpaqlarını işğaldan azad edən bir dövlətin, ərazilərdindən iti qovan kimi qovduğu düşmənin qənimətlərini nümayiş etdirməsi birbaşa onun haqqıdır.
Bir az bu haqda məlumatları vərəqləsək, hökmən bu informasiyalar qarşımıza çıxacaq. Hələ Birinci Dünya müharibəsindən sonra keçmiş SSRİ-nin ərazisində bu cür muzeylər fəaliyyətə başlayıb.
Orada müharibə zamanı ələ keçirilən düşmən qənimətləri nümayiş olunur. Bu cür muzeylərə Fransada, Avstriyada, Çexiyada, Yunanıstanda və digər ölkələrdə də rast gəlmək olar.
Mövzunun aktuallığını nəzərə alıb, “trofey” muzeyləri haqqında kiçik bir araşdırma apardıq. Dünyada fəaliyyət göstərən oxşar muzeylərin bir neçəsini diqqətinizə çatdırırıq.
Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Hərbi Muzey 1905-ci ildə qurulub. Daha əvvəl 1871-ci ildə yaradılan Artilleriya Muzeyi və 1896-ci ildə yaradılan Hərbi Tarixi Muzeyi birləşdirilərək Hərbi Muzey yaradılıb. Muzeydə təxminən 2500 hərbi qənimət nümayiş olunur.
Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Vyana Hərbi Tarix Muzeyi isə 1850-1856 – ci illərdə imperator Frans İosifin əmri ilə tikilib. Muzey dünyanın ən qədim və böyük muzeylərindən sayılır.
İspaniyanın Valensiya şəhərində 1995-ci ildə yaradılan hərbi muzey fəaliyyət göstərir. Burada da ölkənin hərb tarixindən olan əşyalara və düşmən trofeylərinə rast gəlmək olur.
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən Qələbə meydanında fəaliyyət göstərən “Nasist Almaniyasının trofey texnikası” muzeyində 1941-1945-ci illərdə SSR ordusunun ələ keçirdiyi düşmən qənimətləri nümayiş olunur.
Göründüyü kimi "sivil dünya bizə gülür", kimi arqumentləriniz boşa çıxıb. Təqdim etdiyimiz hərbi muzeylər dünyada fəlaiyyət göstərən belə qurumların çox cüzi bir hissəsidir.
Odur ki, dünyanın müxtəlif ölkələrində yerləşən hərbi muzeyləri gəzib, orada nümayiş olunan ekspanatlara baxıb sonra diskusiyalara qoşulun!
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:55 / 14.04.2021
Hərbi qənimətlər parkına sivil dünyadan baxış – Fransa, İspaniya, Avstriya təcrübəsi - FOTOLAR
Hazırda oxunan: Hərbi qənimətlər parkına sivil dünyadan baxış – Fransa, İspaniya, Avstriya təcrübəsi - FOTOLAR
Hazırda oxunan: Hərbi qənimətlər parkına sivil dünyadan baxış – Fransa, İspaniya, Avstriya təcrübəsi - FOTOLAR
17856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.