Rusiyanın tanınmış müğənnisi Valeri Meladze altıncı dəfə ata olub. Onun “VİA Qra” qrupunun keçmiş üzvü Albina Canabaevadan bir qızı dünyaya gəlib. Bu, onların birgə üçüncü övladlarıdır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı StarHit nəşri yayıb.
Mənbə yazır ki, uşaq Moskva klinikalarından birində anadan olub. Nəşrə görə, Meladze KVN-in 1/8 finalının çəkilişləri zamanı bu hadisəni sevincək elan edib.
Sənətçinin həyat yoldaşı ailədəki yenilənmə ilə bağlı hələ də açıqlama verməyib.
Xatırladaq ki, mart ayında Albina üçüncü uşaq gözlədiyini açıqlamışdı.
41 yaşlı müğənni İnstagramda böyüyən qarnını özündə əks etdirən fotoşəkil yayımlayıb və ona "Gözləyirəm" yazısını qeyd edib.
Meladze və Canabaeva 2014-cü ildə evləniblər. Yeni doğulmuş qızlarından əlavə Konstantin və Luka adlı oğullarını böyüdürlər.
55 yaşlı sənətçinin İrina Meladze ilə əvvəlki evliliyindən üç qızı var.
Bizim.Media