Xəbər verdiyimiz kimi ABŞ dövlət katibi Entoni Blinken rusiyalı siyasətçi Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ tərəfinin bu ittihamlarına cavab verib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Navalnının ölümündə Putini GÜNAHKAR GÖRÜR
"Niyə ABŞ üçün Rusiya vətəndaşının ölümü Ukrayna həbsxanasında işgəncə ilə öldürülən amerikalı Qonzalo Liranın ölümündən daha vacibdir?", - deyə Rusiya XİN-dən bildirilib.
Həmçinin Rəsmi Moskva ABŞ-ı Aleksey Navalnının ölümü ilə bağlı geniş ittihamlar səsləndirmək əvəzinə, təmkin nümayiş etdirməyə və məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləməyə çağırıb.
Bizim.Media