Qatar evin içinə girdi -   Dəhşətli qəzadan foto

Qatar evin içinə girdi - Dəhşətli qəzadan foto

Hazırda oxunan: Qatar evin içinə girdi - Dəhşətli qəzadan foto

178236
Dünən axşam Yunanıstanda ağlasığmaz bir qəza yaşandı. Hadisə yerinə aid görüntülərin yeni ortaya çıxdığı qəzada qatar relsdən çıxaraq bir evin divarlarını deşib, içəri keçdi. Hadisədə 3 nəfər dünyasını dəyişdi.xa0

Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, Afina-Selanik səfərini edərkən relsdən çıxan qatar bir binanın içinə girdi. Yunan dövlət dəmiryolları xa0TRAİNOSE tərəfindən edilən açıqlamaya görə, Afina-Selanik reysi ilə gedən qatarın hələ müəyyən olmayan səbəblərə görə relsdən çıxması nəticəsində biri maşinist, biri qatar məmuru, biri sərnişin olmaqla üç nəfər həyatını itirdi; ikisi ağır olmaqla beş nəfər də yaralanıb.

Afinadan çıxan qatar, saat 21:40-da Selanikinin yaxınlığında xa0olan Adendro bölgəsində relsdən çıxıb, içində iki adamın olduğu bir evə dəydi. Evinin bağçasında oturan və hadisəyə şahid olan yaşlı bir adam: "Qorxunc bir səs-küy eşitdim və gözlərimə inana bilmədim. Qatar qonşumun evinə girdi" dedi.

Türkan Yaqub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO