Türk tədqiqatçılardan yeni TEXNOLOGİYA - FOTO

Türk tədqiqatçılardan yeni TEXNOLOGİYA - FOTO

Hazırda oxunan: Türk tədqiqatçılardan yeni TEXNOLOGİYA - FOTO

177612

Türk tədqiqatçıları tərəfindən xəstəliklərə erkən diaqnoz qoyan texnologiya hazırlanıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Bilkent Universiteti Milli Nanotexnologiya Araşdırma Mərkəzində (UNAM) lif sensor texnologiyasından istifadə edərək ürək döyüntüsü və damar elastikliyi kimi sağlamlıq məsələlərini eyni vaxtda ölçərək erkən diaqnoz qoymağa imkan verən və geyilən texnologiya hazırlayıb.

Türkiyənin yeganə optik fiber və sensor lif preform istehsal infrastrukturuna malik olan UNAM-ın əsas tədqiqatçılarından biri Dr.Mustafa Ordu daşınan sağlamlıq texnologiyaları üzərində həyata keçirdikləri layihə ilə bağlı açıqlama verib.

O, UNAM-da aparılan tədqiqatda istifadə edilən piezoelektrik və triboelektrik liflərin bir anda kilometrlərlə uzunluqda istehsal etmək qabiliyyətinə malik olduğunu diqqətə çatdırıb.


Bildirib ki, bu liflər müdafiə sənayesindən tutmuş, müxtəlif sənaye sahələrinin ehtiyaclarını ödəmək üçün istehsal edilib. Laboratoriyada inkişaf etdirdiyimiz “elektrik istehsal edə bilən elastik liflər” layihəsi ilə geyilə bilən texnologiyalar üzərində araşdırma aparılır. Liflərdən və iki ölçülü materiallardan ağıllı sensorlar hazırlanıb.

Tədqiqatçı qeyd edib ki, hazırlanan yeni texnologiya digərindən bir az daha təkmildir: “Əvvəlki texnologiyamızda trikotaj lifdən istifadə edən bir sistem yaratmışdıq, lakin yeni texnologiyamızla tək bir liflə ölçmə apara bilirik. Tək liflə ürək döyüntüsü, qandakı sistolik-diastolik dəyərlər, ürək-damar yaşlanması, damar elastikliyi və tənəffüs ölçülə bilir. Biz sağlamlıq məsələlərini eyni vaxtda ölçə bilən bir texnologiya yarada bildik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO