Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRIB

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRIB

Hazırda oxunan: Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRIB

177562

Ər-Riyad İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə basqın etmək planları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə EFE Agentliyi Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı İsrailin hərbi hücumunu 1,7 milyondan çox fələstinlinin cəmləşdiyi Rəfah şəhərində genişləndirmək planlarını qətiyyətlə pisləyir və gözlənilən humanitar fəlakətdən qaçmaq üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, daha öncə İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin gözlənilən hücumu öncəsi mülki əhalinin Rəfahdan təxliyyə edilməsinə dair planının hazırlanması əmrini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO