Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişilməsinin səbəbləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Zelenski Zalujnını vəzifəsindən AZAD ETDİ - FOTO
O qeyd edib ki, müvafiq qərarın qəbul edilməsində əsas səbəb ötən il müharibədə arzu olunan nəticəni tam təmin etməyən ordu taktikasını yenidən qurmaq zərurəti olub.
“Cəbhə xəttində durğunluğun qarşısının alınması zərurəti, təşəbbüsü saxlamağa və inkişaf etdirməyə imkan verən yeni həll yollarının tapılması və Ukrayna ordusunda idarəetmə prinsiplərində islahatlara start verilməsi kimi zərurətlər ordu komandanlığında dəyişikliyə təkan verən əsas amillər oldu”, - deyə Podolyak qeyd edib.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad edib və Quru Qoşunlarının komandanı Aleksandr Sırskini baş komandan postunda təyin edib.
Bizim.Media