İmran Xan və həyat yoldaşına əlavə 7 il həbs cəzası verildi - SƏBƏB

İmran Xan və həyat yoldaşına əlavə 7 il həbs cəzası verildi - SƏBƏB

Hazırda oxunan: İmran Xan və həyat yoldaşına əlavə 7 il həbs cəzası verildi - SƏBƏB

176463

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif "Ədalət uğrunda Hərəkat" partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Buşra Bibiyə qeyri-qanuni nikaha görə yeni cəza verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, məhkəmə cütlüyün 2018-ci ildə İslami evlilik qaydalarını pozduğuna qərar verib və onları 7 il həbs cəzasına məhkum edib.

Nəşr yazır ki, həbsdən əlavə, Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı cərimə də ödəyəcəklər.

Qeyd edək ki, bu, keçmiş baş nazirə qarşı çıxarılan üçüncü hökmdür, o, bu yaxınlarda dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il, həmçinin korrupsiyaya görə həyat yoldaşı ilə birlikdə 14 il azadlıqdan məhrum edilib. 

Xanın vəkilləri bildirirlər ki, o, hər üç hökmdən apellyasiya şikayəti verəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO