Pentaqon rəhbəri vəzifəsinin icrasına qayıdıb

Pentaqon rəhbəri vəzifəsinin icrasına qayıdıb

Hazırda oxunan: Pentaqon rəhbəri vəzifəsinin icrasına qayıdıb

175674

ABŞ-ın müdafiə naziri Lloyd Ostin tibbi əməliyyatdan sonra yaranan ağırlaşmalara görə müalicəsini başa vuraraq bu gün Pentaqona işə qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.

Qeyd edək ki, ötən ilin dekabrında əməliyyat olunan nazir Valter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərk etdikdən sonra öz vəzifələrini evdən yerinə yetirirdi.

Lakin Pentaqon rəhbəri ağırlaşmalarla - qarın, bud və ayaq nahiyəsində şiddətli ağrılarla xəstəxanaya yerləşdirilmişdi. 
ABŞ administrasiyasını xəstəxanaya yerləşdirilməsi barədə məlumatlandırmayan Ostin bununla bağlı ifadə vermək üçün Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinə çağırılıb. Dinləmələr fevralın 14-nə təyin olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO