Belarus Prezidenti Aleksandr Lukaşenko “Belji” zavoduna səfəri zamanı xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Lukaşenko odun doğrayarkən 80 kiloqramlıq ağac parçası ayağına düşüb.
"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü. Əvvəlcə ağrı hiss etmirdim, lakin sonra ayağım zərbənin təsirindən şişdi", - deyə Belarus lideri bildirib.
Qeyd edək ki, aldığı xəsarət səbəbindən Lukaşenko bu gün keçirilən xokkey oyununu buraxıb.
Bizim.Media