İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə OLDU 

İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə OLDU 

Hazırda oxunan: İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə OLDU 

173947

İsrail Səhiyyə Nazirliyi dünyada ilk olaraq mal əti hüceyrələrindən yetişdirilən süni ətin satışına icazə verib. 

Bizim.Media "Times of İsrael" nəşrinə istinadən xəbər verir ki, bu barədə Nazirliyin Telegram-kanalında dərc olunan məlumatda deyilir. 

“Süni ət kimi tanınan iribuynuzlu heyvan hüceyrəsindən hazırlanan yeni qida məhsulu dünyada ilk dəfə olaraq təsdiqlənib”, - deyə İsrail Səhiyyə Nazirliyi bildirib. 
Departament qeyd edib ki, “Aleph Farms” şirkətinin istehsalı olan məhsulun tədqiqi pilot layihə çərçivəsində aparılıb. Yetişdirilmiş ət bütün lazımi sınaqlardan keçmişdir. Qeyd edək ki, "Aleph Farms" qida texnologiyaları sahəsində fəaliyyət göstərən mobil kənd təsərrüfatı şirkətidir. 

2023-cü ilin aprelində laboratoriya şəraitində süni ət istehsalı üzrə ixtisaslaşan İsrailin “SteakHolder Foods” şirkəti dünyada ilk dəfə olaraq 3D çap texnologiyasından istifadə edərək balıq ətinin analoqunu yaradıb. İsrailin baş naziri Benyamin Netanyahu şirkətin istehsal müəssisəsinə səfəri zamanı, İsraili “alternativ qida araşdırması və biznesi sahəsində dünya lideri” adlandırıb və ölkənin bu cür məhsulların istehsalı üçün yeni icazələr alacağını bildirmişdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO