İndoneziyanın Qərbi Yava əyalətində Turanqqa sərnişin qatarı ilə Bandunq Raya şəhərətrafı qatarı toqquşub və ən azı 3 nəfər ölüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə hadisə yanvarın 5-də səhər saatlarında ada əyalətinin üçüncü ən böyük şəhəri olan Bandunq yaxınlığında baş verib.
Zərbədən sonra üç vaqon relsdən çıxıb və yerlilər bunu partlayış kimi qiymətləndirib. Hər iki qatarda ümumilikdə 478 sərnişin (birincidə 287, ikincidə 191) sərnişin olub, 28 nəfər xəstəxanaya çatdırılıb, onlardan altısı orta dərəcəli xəsarət alıb.
Qurbanların dəqiq sayı məlum deyil. Yerli nəşrlər 3 nəfərin öldüyünü bildirir, dəmir yolu şirkətinin nümayəndəsi isə iddia edir ki, matəm siyahısında dörd nəfərin adı var və hamısı nəqliyyat şirkətinin işçiləridir.
Qəzaya isə nəyin səbəb olduğu hələlik məlum deyil.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:31 / 05.01.2024
İndoneziyada iki qatar TOQQUŞUB: Azı 3 nəfər ÖLÜB
Hazırda oxunan: İndoneziyada iki qatar TOQQUŞUB: Azı 3 nəfər ÖLÜB
Hazırda oxunan: İndoneziyada iki qatar TOQQUŞUB: Azı 3 nəfər ÖLÜB
172092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.