İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yanında 2 partlayış oldu - VİDEO
Yaralıların sayının 200-ə çatacağı bildirilir.
Xatırladaq ki, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.
Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib.
Bizim.Media