Türkiyə parlamenti İsveçin Şimali Atlantika Alyansına üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyə tələsmək niyyətində deyil.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin qanunverici orqanındakı mənbə məlumat verib.
Qeyd olunub ki, protokolun Türkiyə Parlamentinin Baş Assambleyasında ratifikasiya tarixi hələ müəyyən edilməyib.
"Biz tələsmirik. Türkiyə “bir-biri ilə əlaqəli prosesləri” izləyəcək" deyə mənbə bildirib.
Həmçinin bəyan edilib ki, Ankaraya heç bir müddət üçün təzyiq yoxdur və ola da bilməz.
Xatırladaq ki, Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:24 / 02.01.2024
“İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmirik” – Türkiyədən BƏYANAT
Hazırda oxunan: “İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmirik” – Türkiyədən BƏYANAT
Hazırda oxunan: “İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmirik” – Türkiyədən BƏYANAT
171748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.