İstanbul yenidən qurulacaq - Ərdoğanın iştirakı ilə layihəyə START VERİLDİ

İstanbul yenidən qurulacaq - Ərdoğanın iştirakı ilə layihəyə START VERİLDİ

Hazırda oxunan: İstanbul yenidən qurulacaq - Ərdoğanın iştirakı ilə layihəyə START VERİLDİ

170429

Dekabrın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yenidən qurulması layihəsinə start verilib.

Bizim.Media xəbər verir ki, ilkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.

Təməlqoyma mərasimində Türkiyə lideri çıxış edərək İstanbulu ola biləcək zəlzələyə hazırlamaq üçün tarixi addımlar atmaqdan qürur duyduğunu bildirib: 

“Şəhərlərin yenidən qurulması layihələrində adını “Yarısı bizdən” qoyduğumuz kampaniyamıza istanbullular böyük maraq göstərdi. Kampaniyada bu günə qədər 1 milyon 233 min müraciət edilib. “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.

Ərdoğan xatırladıb ki, cari ilin fevral ayının 6-da ölkənin 11 vilayətində 14 milyon insana təsir göstərən dağıdıcı zəlzələlər baş verib:

“Ölkəmiz üçün təbii fəlakətlərə hazırlıq seçkidən daha önəmlidir. Bu səbəbdən İstanbul başda olmaqla, 81 əyalətimizə edə biləcəyimiz ən böyük yaxşılığın şəhərsalma olduğuna inanırıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO