Belçikada şəhər mərkəzinə quraşdırılmış yolka aşaraq bir nəfərin həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Oudenaarde şəhərindəki yarmarkada quraşdırılan 20 metrlik yolka 63 yaşlı qadının üzərinə aşıb və qadın dünyasını dəyişib. Ətrafda olan daha iki nəfər yüngül xəsarət alıb.
Ağacın güclü külək səbəbindən aşdığı bildirilir.
Hadisədən sonra şəhər rəhbərliyi yarmarkanı bağlayıb.
Bizim.Media