Gürcüstanda Avropa İttifaqının (Aİ) bayrağını açıq şəkildə yandıran fəalın təqibinə etirazlar başlayıb.
Bizim.Media xəbər verir ki, bir qrup şəxs etiraz əlaməti olaraq, Aİ bayraqlarını yandırmağa və həmin hadisəni lentə alaraq sosial şəbəkə hesablarında paylaşmağa başlayıblar.
Qeyd edək ki, bir neçə gün əvvəl Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər.
Bizim.Media