“Qırmızı körpü”də gözləyən avtomobillərin sayı AÇIQLANDI 

“Qırmızı körpü”də gözləyən avtomobillərin sayı AÇIQLANDI 

Hazırda oxunan: “Qırmızı körpü”də gözləyən avtomobillərin sayı AÇIQLANDI 

169918

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 647 avtomobil gözləyir. 

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 65, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 17 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur. 
"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO