Rusiyanın Çelyabinsk vilayətinin Miass şəhərinə yağan güclü qar və ardınca müşayiət olunan güclü şaxta bəzi yaşayış binasının girişlərini “buz mağarası”na çevirib.
Bizim.Media xəbər verir ki, binanın sakinləri qarşılaşdığı mənzərəni telefona çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Sakinlər, həmçinin mənzil kommunal xidmətinin fəaliyyətini tənqid edib, yaşayış binalarının girişlərinin buz və qardan təmizlənməməsindən şikayətləniblər.
Bizim.Media