Pens:

Pens: "ABŞ-ın NATO-ya dəstəyi sarsılmazdır"

Hazırda oxunan: Pens: "ABŞ-ın NATO-ya dəstəyi sarsılmazdır"

169264
ABŞ vitse-prezidenti Mayk Pens Münhen Təhlükəsizlik Konfransında avropalı liderlərə ABŞ-ın NATO-ya dəstəyinin "sarsılmaz" olduğunu deyib.

Tramp administrasiyasının ilk xarici siyasət çıxışında cənab Pence ABŞ-ın "Avropa ilə bu gün və hər gün" birgə dayanacağını deyib.

Lakin o yığıncağa toplanmış liderlərə Avropa ölkələrinin müdafiə üçün "ədalətli pay ödəmədiklərini" olduqlarını deyib.

Bu çatışmazlıq "bizim müttəfiqliyimizin təməlini zədələyir", o əlavə edib.

Vitse-prezident ABŞ-dan başqa NATO-da yalnız dörd ölkənin ÜDM-ın azı 2 faizini müdafiə üçün xərcləmək öhdəliyini yerinə yetirdiyini xatırladıb.
"Daha fəal olmağın vaxtı gəlibdir", - o deyib.

İnaqurasiyasından əvvəl, prezident Donald Tramp müdafiə xərcləri üçün kifayət miqdarda maddi yatırım etməyən NATO müttəfiqlərinin müdafiəsinə kömək göstərmək öhdəliyini yerinə yetirməyəcəyinin mümkün olduğunu demişdi.

Daha əvvəl çıxış edən Almaniya kansleri Angela Merkel də cənab Pence-in çıxışını dinləyənlərin arasında idi.

Almaniya ÜDM-ın azı 2 faizini müdafiəyə xərcləmək barədə NATO-nun 2014-ci Uels zirvəsində razılaşdırılmış öhdəliyi yerinə yetirməyən ölkələrdən biridir.

Cənab Pens ABŞ-ın "Rusiyanı hesabatlı tutmağa davam edə"cəyini bildirib, lakin eyni zamanda cənab Trampın Rusiya ilə "ortaq məxrəc" tapmağa çalışacağını deyib.

Cənab Pens həmçinin deyib ki, Rusiya Minsk sülh razılaşmalarına hörmət etməlidir və Ukraynanın şərqində hərbi əməliyyatlarına son qoymalıdır.

Vitse-prezident bu sözlərini ABŞ-da Trump administrasiyasının Rusiya ilə əlaqələri barədə iddiaların yaratdığı mübahisəli mühitdə deyib (BBC).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO