Hakimi vuran klub prezidenti 10 il həbs cəzası alacaq?

Hakimi vuran klub prezidenti 10 il həbs cəzası alacaq?

Hazırda oxunan: Hakimi vuran klub prezidenti 10 il həbs cəzası alacaq?

168781

Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna funksionerin baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Referinin yanaq sümüyü sındığı üçün Faruk Koca "qəsdən yaralama"da ittiham olunacaq. Qanun bu cinayətə görə 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutur.

Lakin həmin hərəkət vəzifə başında olduğu vaxt törədildiyindən və hakimin üzündə sınıqların əmələ gəlməsindən dolayı cəzalar iki dəfə artırılacaq.

Bundan əlavə, "idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında" qanuna əsasən, idman arenalarında qəsdən xəsarət yetirilməsinə görə də cəza nəzərdə tutulur.

Beləliklə, sabiq klub prezidenti 3 il 4 ay 15 gündən 10 il 3 ayadək həbs cəzası ala bilər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO