İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Hazırda oxunan: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

167211

Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri oraya qoşun yerləşdirməyi planlaşdırmır və sərhədə yaxın bufer zona yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti adı açıqlanmayan İsrail rəsmisinə istinadla məlumat yayıb.

“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HƏMAS hərbi qüvvələri onun yaxınlığında cəmləşə bilməsin. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - deyə nəşr onun sözlərini sitat gətirib.
Nəşrin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu səfəri zamanı bu planlarını ABŞ Dövlət katibi Antoni Blinkenlə bölüşüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO