ABŞ senatorları Çində tənəffüs yolları xəstəliklərinin artması ilə bağlı iki ölkə arasında gediş-gəlişin qadağan olunmasını tələb ediblər.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, ABŞ-nın 5 senatoru yoluxucu xəstəliyin artmasına görə Bayden administrasiyasına məktub yazıb.
Məktubda Çində uşaqlar arasında sürətlə yayılan "sirli" və "naməlum" xəstəliyə toxunaraq, xəstəliyin mənşəyi və yaratdığı təhlükələr haqqında daha çox məlumat əldə edilənə qədər ABŞ və Çin arasındakı əlaqənin məhdudlaşdırılması tələb olunub.
Həmçinin, Çinin COVID-19 pandemiyası zamanı faktları gizlətdiyi xatırladılıb və bunun ABŞ-a baha başa gəldiyi vurğulanıb.
Senatorlar Bayden administrasiyasını sonradan yarana biləcək ölüm, təcrid hallarını yaşamamaq, amerikalıların sağlamlığını və iqtisadiyyatını qorumaq üçün lazımi addımları atmağa çağırıblar .
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Maria van Kerkhove ötən həftə mövzu ilə bağlı verdiyi açıqlamada Çində görülən xəstəlik dalğasının 2018-2019-cu illərdə, yəni COVİD-19-dan əvvəl müşahidə olunan qədər yüksək olmadığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:28 / 02.12.2023
Çində yayılan xəstəlik ABŞ siyasətçilərini QORXUYA SALDI
Hazırda oxunan: Çində yayılan xəstəlik ABŞ siyasətçilərini QORXUYA SALDI
Hazırda oxunan: Çində yayılan xəstəlik ABŞ siyasətçilərini QORXUYA SALDI
167122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.