ABŞ husilərin İsrail gəmilərinə hücumu ilə bağlı BMT-yə ÇAĞIRIŞ ETDİ

ABŞ husilərin İsrail gəmilərinə hücumu ilə bağlı BMT-yə ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: ABŞ husilərin İsrail gəmilərinə hücumu ilə bağlı BMT-yə ÇAĞIRIŞ ETDİ

166741

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasını husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücumlarını pisləməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ətrafında eskalasiya ilə bağlı keçirilən iclasında bildirib.

Qeyd edək ki, noyabrın 19-da İsrail və Səudiyyə Ərəbistanı mediası Yəmən husiləri tərəfindən Qırmızı dəniz göyərtəsində 52 nəfərin olduğu İsrailə məxsus yük gəmisinin ələ keçirildiyi barədə məlumat yayıb. 

İsrail ordusu bəyan edib ki, bu, İsrail gəmisi deyil, İsrailə məxsus özəl şirkətdir. Yaponiya hökumətinin sözçüsü qaçırılan gəminin Yaponiyanın “NYK Line” şirkəti tərəfindən idarə edildiyini bildirib. 
Daha sonra, noyabrın 27-də husilər Ədən körfəzində Amerikanın “USS Mason” gəmisinə iki ballistik raket atıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO