Türkiyənin şimalında Zonquldak vilayətinin Ereğli rayonu güclü yağışlardan sonra fəlakət zonası elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.
“Noyabrın 19-u yağan leysan yağışlar nəticəsində Zonquldak vilayətimizin Qaradəniz sahillərində yerləşən Ereğli rayonunda baş verən sürüşmə və sel fəlakətləri nəticəsində Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi İl Müdirliyi tərəfindən edilən araşdırmalara görə, 133 evin dam örtüyü uçub.
Gəlir İdarəsi Zərərin Qiymətləndirilməsi Qrupu tərəfindən edilən zərər qiymətləndirmələrində indiyədək 54 yaşayış evi və 226 sahibkarlıq subyekti zərər görüb”, - deyə nazir qeyd edib.
Zonguldak ilimizde 19 Kasım Pazar günü yaşanan kuvvetli yağışlar sonucu Karadeniz Ereğli ilçesinde meydana gelen heyelan ve sel afetleri nedeniyle:
— Ali Yerlikaya (@AliYerlikaya) November 22, 2023
?Çevre, Şehircilik ve İklim Değişikliği İl Müdürlüğünce yapılan tespitlere göre 133 çatı uçması tespit edildi.
?Defterdarlık… pic.twitter.com/NIsXLrvW6a
Bizim.Media