Ukraynadan hamının gözlədiyi AÇIQLAMA: “Rusiya ilə qarşıdurmada ABŞ bizə dəstək verəcək”

Ukraynadan hamının gözlədiyi AÇIQLAMA: “Rusiya ilə qarşıdurmada ABŞ bizə dəstək verəcək”

Hazırda oxunan: Ukraynadan hamının gözlədiyi AÇIQLAMA: “Rusiya ilə qarşıdurmada ABŞ bizə dəstək verəcək”

16559

ABŞ Müdafiə naziri Lloyd Austin Moskva ilə qarşıdurma olacağı təqdirdə Kiyevi dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “kommersant.ru” saytı Ukrayna Müdafiə Nazirliyinə istinadən yayıb.

"ABŞ Müdafiə naziri vurğuladı ki, Rusiya tərəfdən Kiyevə təcavüz olarsa, ABŞ Ukraynanı tək qoymayacaq və Kremlin Ukraynaya qarşı təcavüzkar niyyətlərinin reallaşmasına imkan verməyəcək" deyə Ukrayna Müdafiə Nazirliyi bildirib. 

Ukrayna ilə müzakirələrdən sonra Austin Rusiyanın Ukraynanın şərqindəki təcavüzkar və təxribatçı hərəkətlərinin artmasını qınayıb.

Pentaqon sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, Ukraynaya təcavüz edilərsə, ABŞ-ın kömək üçün verdiyi öhdəliyi nazir bir daha təsdiqləyib. ABŞ Müdafiə Nazirliyinin saytı onun sözlərindən sitat gətirilib. 

Kirbi ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsində 2015-ci ildən bu yana 2 milyard dollardan çox vəsait ayırdığını qeyd edib.

Xatırladaq ki, martın 30-da Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Ruslan Xomçak vurğulayıb ki, Rusiya Ukrayna ilə sərhəddə öz qoşunlarını tədricən artırıb.

Bu məlumat daha sonra ABŞ və Rusiya Baş Qərargah rəisləri tərəfindən müzakirə edilib. 

Donbasdakı vəziyyət Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron və Almaniyanın Baş naziri Angela Merkel arasında geniş diskussiya predmeti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO