Dünyada COVID-19-a yoluxanların sayı 130 milyon nəfəri keçib.
Bizim.Media xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verilir.
Məlumata görə, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 31 229 639 nəfərdə COVID-19 aşkarlanıb.
Siyahıda ikinci yerdə 12 334 844 yoluxma ilə Braziliya, üçüncü yerdə 12 302 92 yoluxma ilə Hindistan qərarlaşıb. Fransada COVID-19-a 4 695 82, Rusiyada 4 554 264, Britaniyada 4 350 266, İtaliyada 3 607 83, Türkiyədə 3 357 988, İspaniyada 3 291 394, Almaniyada 2 854 137 yoluxma aşkarlanıb.
Pandemiya ərzində dünyada koronavirusdan 2 838 22 nəfər həyatının itirib, virusa yoluxmuş 104 752 420 nəfər sağalıb. Hazırda daha 22 491 657 nəfərin müalicəsi davam etdirilir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:09 / 02.04.2021
Koronavirusa yoluxanların sayı 130 milyonu keçdi - DÜNYADA
Hazırda oxunan: Koronavirusa yoluxanların sayı 130 milyonu keçdi - DÜNYADA
Hazırda oxunan: Koronavirusa yoluxanların sayı 130 milyonu keçdi - DÜNYADA
16550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.