Qaydasız döyüş ustası Makronu hədələdi

Qaydasız döyüş ustası Makronu hədələdi

Hazırda oxunan: Qaydasız döyüş ustası Makronu hədələdi

1649

Dünya şöhrətli Həbib Nurməhəmmədov Fransa prezidenti Emmanuel Makronun şəklini üzündə ayaqqabı altının ləkəsi ilə paylaşaraq yazıb: 

“Allah azad söz şüarı altında milyard yarımdan çox inanclı müsəlmanın hisslərini təhqir edən bu məxluqun və onun ardıcıllarının üzünü ləkələsin. Allah öz hesabında sürətlidir və siz bunu görəcəksiniz. 

Biz müsəlmanlar, öz Məhəmməd Peyğəmbərimizi (s) analarımızdan, atalarımızdan, arvadlarımızdan və ürəyimizə yaxın olan bütün insanlardan çox sevirik. İnanın mənə, bu təxribatların əvəzi olacaq, son sözü həmişə Allahdan çəkinənlər deyir.”

Xatırladaq ki, Fransada “Azad söz” fənnindən dərs deyən müəllim şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturasını göstərdiyi üçün gənc inanclı çeçen tərəfindən başı kəsilmişdi. 
Makron olaylara müsəlmanları qınayan mövqedən dəyərləndirmişdi. Bundan sonra İslam peyğəmbərinin karikaturaları yenidən çap olunmuşdu və Fransada müsəlman-xristian qarşıdurmaları daha da alovlanmışdı. 

Hətta Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Makrona psixiatra müraciət etməyi məsləhət görmüşdü.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO