Ərdoğan Almaniyada İsrail-Fələstin qarşıdurmasını müzakirə edəcək

Ərdoğan Almaniyada İsrail-Fələstin qarşıdurmasını müzakirə edəcək

Hazırda oxunan: Ərdoğan Almaniyada İsrail-Fələstin qarşıdurmasını müzakirə edəcək

164736

Noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, Prezident Ərdoğan paytaxt Berlində Almaniya Kansleri Olaf Şolts ilə görüşəcək.

Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr, eləcə də İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir.

Prezident Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında əsas məqsəd ilin sonuna hədəflənən 50 milyard dollar məbləğində ticarət həcmini ən qısa zamanda aşmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO