İran nüvə silahı ƏLDƏ EDƏRSƏ... – Dünyanı hansı fəlakət GÖZLƏYİR?

İran nüvə silahı ƏLDƏ EDƏRSƏ... – Dünyanı hansı fəlakət GÖZLƏYİR?

Hazırda oxunan: İran nüvə silahı ƏLDƏ EDƏRSƏ... – Dünyanı hansı fəlakət GÖZLƏYİR?

164649

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uranı nüvə silahı əldə edə biləcək qədər zənginləşdirdiyini açıqlayıb. Bir neçə gün əvvəl agentliyin yaydığı hesabatda göstərilir ki, təşkilatın ekspertləri İran nüvə sazişində nəzərdə tutulandan 18 dəfə çox zənginləşdirilmiş urana malik olduğunu müəyyən edib.

Hazırda İranda zənginləşdirilmiş uranın ümumi miqdarı icazə verilən maksimum 203,8 kiloqram əvəzinə 3,76 ton təşkil edir. Agentliyin müfəttişləri həmçinin İranın nüvə obyektində rekord həddə, 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərini aşkar ediblər. Bu isə nüvə bombası istehsal etmək üçün yetərlidir.

İran nevə silahına sahib olarsa, regionda nələr baş verəcək?

Bizim.Media-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, İranın bu fəaliyyəti regionda və dünyada nüvə silahı əldə etməyə marağın artmasına səbəb ola bilər:

“İran əvvəllər 20 faizə qədər zənginləşdirilmiş urana malik idisə, indi onu 60-80 faizə çatdırdığını bildirir. Belə olan halda təbii ki, uranın miqdarı da artacaq. Əsas məsələ uranın tətbiqi sahəsidir. İran iddia edir ki, uranı dinc sahələrə tətbiq edir. Beynəlxalq ictimaiyyət, Qərb, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehranın urandan hərbi məqsəd üçün istifadə etdiyinə dair hələlik tutarlı məlumatlar əldə etməyib.

Bütün hallarda İranın bu hərəkəti regionda və dünyada nüvə silahı əldə etməyə marağın artmasına səbəb ola bilər. İsrail atom nüvəsi texnologiyasına malik olmasına baxmayaraq, bu məsələni hələ də beynəlxalq ictimaiyyətdən gizli saxlayır. Ərəb ölkələrinin heç birində atom nüvə texnologiyası yoxdur. Deməli, İranın nüvə silahına sahib olması ilə perspektivdə regionda atom nüvə texnologiyasına yiyələnmək istiqamətində yarış başlaya bilər.
Atom nüvə texnologiyasını əldə etmək isə ən azından taktiki nüvə silahlarına malik olmaq deməkdir. Bir sözlə, İranın bu fəaliyyəti region və dünyada təhlükəsizliyin təhdid edilməsi və faciə ilə nəticələnəcək bir addım olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO