Türkiyənin İstanbul şəhərindəki məscidlərdən birində atışma baş verib.
Moderator.az Report-a istinadən xəbər verir ki, bu barədə Hurriyyet məlumat yayıb.
Məlumata görə, naməlum şəxs məsciddə tüfəngdən atəş açıb. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Bununla yanaşı, hücum edən şəxsin özünün də yaralandığı bildirilir.xa0
Polis insidentin məişət zəminində baş verdiyini bildirib.xa0































































































