Böyük Britaniyada 2009-cu ildən sonra doğulan şəxslərə tütün məmulatlarının satışının həmişəlik qadağan edilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya parlamentinin növbəti sessiyasının açılışı zamanı III Çarlz məlumat verib.
Belə ki, o, uşaqlara tütün məmulatlarının və elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini dəstəklədiyini rəsmən bəyan edib.
“Hökumətim siqaret çəkməyən nəsil yetişdirməyə kömək edəcək qanunlar təqdim edəcək. Bu, 14 yaşdan kiçik uşaqlara heç vaxt siqaret satılmamasını təmin etməklə həyata keçiriləcək. Biz həmçinin elektron siqaretlərin satışı və təşviqini məhdudlaşdıracağıq”, - deyə Britaniya kralı bildirib.
Bu təşəbbüs Böyük Britaniyanın Baş naziri Rişi Sunak tərəfindən dəstəklənib. Sunak qeyd edib ki, hazırda 14 yaşı olan uşaqlar yetkinlik yaşına çatdıqda belə qanuni olaraq tütün məmulatları ala bilməyəcəklər.
Bizim.Media