Rusiya ilə Ukrayna arasında dialoq mütləq lazımdır – Dmitri Peskov

Rusiya ilə Ukrayna arasında dialoq mütləq lazımdır – Dmitri Peskov

Hazırda oxunan: Rusiya ilə Ukrayna arasında dialoq mütləq lazımdır – Dmitri Peskov

163480

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) dayandırılmasından sonra vəziyyət heç bir şəkildə de-fakto dəyişməyəcək”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Hazırda Rusiya ilə Ukrayna arasında strateji sabitlik məsələsi üzrə dialoq üçün heç bir ilkin şərtin olmadığını deyən D.Peskov bununla belə, dialoqun mütləq lazım olduğundan bəhs edib:

“Bir tərəfdən digər tərəfə notaları oxumaqla bir rejim həyata keçirilə bilməz və biz bunu tətbiq etməyəcəyik. Lakin hesab edirik ki, dialoq son dərəcə zəruridir və təbii ki, biz onu başlamağa hazırıq”.

Qeyd edək ki, Rusiya CFE Müqaviləsindən çıxmaq prosedurunu noyabrın 7-də tam başa çatdırıb.

Xarici İşlər Nazirliyi bu qərarı NATO ölkələri ilə silahlara nəzarət sahəsində razılaşmaların hazırda mümkünsüz olması ilə izah edib. Rusiyanın bu addımına cavab olaraq ABŞ və NATO ölkələri müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırdıqlarını elan ediblər.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO