Putin 2024-cü il seçkilərində iştirak edəcəkmi? - Kremldən AÇIQLAMA

Putin 2024-cü il seçkilərində iştirak edəcəkmi? - Kremldən AÇIQLAMA

Hazırda oxunan: Putin 2024-cü il seçkilərində iştirak edəcəkmi? - Kremldən AÇIQLAMA

163170

Rusiyanın dövlət başçısı Vladimir Putin yeni prezidentlik müddəti üçün namizədliyinin irəli sürülməsi barədə hələlik heç bir bəyanat verməyib.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bu barədə Vladimir Putinin guya 2024-cü il seçkilərində iştirakı barədə qərar qəbul etməsi ilə bağlı Reuters agentliyində dərc olunan məqaləni şərh edərkən deyib.

“Dövlət başçısı bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib. Seçki kompaniyası da hələ rəsmən elan edilməyib”, - deyə Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Bu ilin dekabr ayında Federasiya Şurasının seçkilərin tarixi ilə bağlı rəsmi qərarından sonra siyasi partiyalar seçkiqabağı qurultaylar keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO