Ali Baş Komandan Zalujnı: Ukraynada müharibə dalana dirənib

Ali Baş Komandan Zalujnı: Ukraynada müharibə dalana dirənib

Hazırda oxunan: Ali Baş Komandan Zalujnı: Ukraynada müharibə dalana dirənib

162555

Ukraynada müharibə dalana dirənib və ciddi irəliləyiş əldə edə bilməyəcəyik.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist” jurnalına müsahibəsində danışıb.

“Birinci Dünya Müharibəsində olduğu kimi, biz texnoloji inkişaf səviyyəsinə çatmışıq. Nəticədə dalana dirənmişik. Çox güman ki, müharibədə dərin və gözəl bir sıçrayış olmayacaq” deyə o, qeyd edib.

Zalujnının fikrincə, çıxılmaz vəziyyətdən çıxmaq üçün hərbi sahədə kəskin texnoloji sıçrayış lazımdır.
Bundan əvvəl “The Sunday Times” qəzeti Zalujnı ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Ukraynanın gələcək əks-hücum planı ilə bağlı fikir ayrılıqlarının olduğunu yazmışdı. 

Zalujnı hesab edir ki, əks hücum başa çatmaq üzrədir və yeni əməliyyata gələn il hazırlaşmaq lazımdır:

"Ancaq dayanmaq mümkün deyil, çünki Qərb müttəfiqlərimizin səbri tükənə bilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO