Baydenin RÜŞVƏT SKANDALI – ABŞ lideri 3 milyon nağd pulu HARADAN ALIB? – VİDEO  

Baydenin RÜŞVƏT SKANDALI – ABŞ lideri 3 milyon nağd pulu HARADAN ALIB? – VİDEO  

Hazırda oxunan: Baydenin RÜŞVƏT SKANDALI – ABŞ lideri 3 milyon nağd pulu HARADAN ALIB? – VİDEO  

161459

ABŞ Prezidenti Co Baydenin rüşvət alması ilə bağlı sensasion məlumatlar üzə çıxıb.

Bizim.Media xəbər verir ki, “Fox News” telekanalı Baydenin rüşvət alması ilə bağlı şübhəli məqamları ifşa edib.  

Bayden 3 milyon dollar nağd ödənişlə ev alıb? 

Belə ki, siyasətçinin 3 milyon dollar nağd pul qarşılığında ev alması sözügedən şübhələrin yaranmasına səbəb olub.  

Baydenin bu qədər nağd pula sahib olması isə ona görə şübhə doğurur ki, ABŞ lideri əvvəlki illərdə də rəsmi vəzifələrdə çalışıb. O, 36 il konqresmen kimi fəaliyyət göstərib. Qanunvericiliyə görə isə, dövlət vəzifəsi tutan şəxsin ödənişli fəaliyyətlə məşğul olması qadağandır.  
Eyni zamanda Co Bayden dəfələrlə Konqresin ən kasıb deputatı kimi təqdim edib. O, əvvəlki açıqlamalarında bəzi dönəmlərdə tamamilə pulsuz qaldığını belə bildirib. 

Qardaşından Baydenə 200 min dollarlıq “hədiyyə” 

Bundan əlavə, "The American Conservative" nəşrində ABŞ Prezidentinin qardaşı Cim Baydenin, Co Baydenə 200 min dollarlıq çek yazdığı üzə çıxıb. 

Məlumata görə, Cim bu pulu hazırda müflis olan "Americore" səhiyyə şirkətindən alıb. Maraqlı məqam isə ondan ibarətdir ki, bu məbləğ Cim Baydenin “Americore” şirkətindən aldığı məbləğin bir hissəsidir.  

Qeyd edək ki, “Americore” 31 dekabr 2019-cu ildə iflas olduğunu elan edib. 2022-ci ilin iyul ayında isə şirkətin qəyyumları Cim Baydenə qarşı 600 min dollarlıq məhkəmə iddiası qaldırıblar. Şirkətin qəyyumları Prezidentin qardaşını pul köçürmələrində fırıldaqçılığa yol verməkdə ittiham ediblər.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO