Evində timsah balası saxlayan şəxs tutuldu – FOTO/VİDEO  

Evində timsah balası saxlayan şəxs tutuldu – FOTO/VİDEO  

Hazırda oxunan: Evində timsah balası saxlayan şəxs tutuldu – FOTO/VİDEO  

161299

İstanbulda heyvan alveri iddiası ilə başladılan əməliyyat zamanı Ataşehirdəki bir evdə Nil cinsinə məxsus 3 timsah balası tapılıb.  

Bizim.Media xəbər verir ki, Təhlükəsizlik Müdirliyinə, Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinə İstanbulda bir şəxsin evində timsah saxlaması və bu heyvanları internet üzərindən satışa çıxarması barədə məlumat daxil olub.  

Xəbəri alan polis araşdırmalara başlayıb və qeyri-qanuni heyvan ticarəti ilə məşğul olduğu iddia edilən şübhəlinin Ataşehirdəki bir evdə olduğunu müəyyən edib.  

Polis əməkdaşları evində təhlükəli sürünənlərin yetişdirilməsi və ticarəti ilə məşğul olmaqda ittiham olunan şübhəlinin izinə düşüb və müəyyən edilən evdə əməliyyat keçirib. Aparılan axtarış zamanı şəxsi kupedə qeyri-qanuni yolla ölkəyə gətirildiyi müəyyən edilən 3 ədəd Nil cinsi timsah balası aşkar edilərək, Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verib. Şübhəli şəxs saxlanılıb. 
 






Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO