BMT Baş katibi Qəzza zolağında tərəfləri atəşkəsə ÇAĞIRIB 

BMT Baş katibi Qəzza zolağında tərəfləri atəşkəsə ÇAĞIRIB 

Hazırda oxunan: BMT Baş katibi Qəzza zolağında tərəfləri atəşkəsə ÇAĞIRIB 

160917

BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Quterreş bu barədə Qahirə Sülh Sammitində çıxışı zamanı danışıb. 

O qeyd edib ki, qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ilə bağlı həllə nail olmaq üçün hər cür səy göstərilməlidir:

“Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır. Mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıram”.  

BMT-nin Baş katibi vurğulayıb ki, Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO