“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir”.
Bizim.Media xəbər verir ki, bu barədə TASS Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb.
“Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar”, - mənbə bildirib.
Qeyd olunub ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ermənistanın təhlükəsizlik sahəsində müttəfiqləri Qarabağla bağlı məsələdə açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, bu cür çağırışların hansı müttəfiqlər tərəfindən edildiyini açıqlamayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:16 / 18.10.2023
Moskva Paşinyanın çıxışını təxribat ADLANDIRDI
Hazırda oxunan: Moskva Paşinyanın çıxışını təxribat ADLANDIRDI
Hazırda oxunan: Moskva Paşinyanın çıxışını təxribat ADLANDIRDI
160420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.