Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

Hazırda oxunan: Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

1585

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı M.Yılmaz bu gün dünyasını dəyişib.

Ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan sabiq Baş nazir uzun müddət idi ki, müalicə olunurdu.

Qeyd edək ki, 6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasına sədrlik edib. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

O, Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO