Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Artıq Statutun qüvvəyə minəcəyi tarix açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu, Putinin doğum günündə, oktyabrın 7-də baş tutacaq.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamenti Roma Statutunu RATİFİKASİYA ETDİ
Qeyd edək ki, həmin tarixdən sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə, həbs olunacaq.
Rusiya XİN mövzu ilə bağlı bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.
Bizim.Media