Angela Merkel Almaniyada yoluxmaların sayının artdığını bəyan edib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel ölkədə yoluxmaların sayının kəskin çoxaldığını bildirərək koronavirusun üçüncü dalğasının başladığını elan edib:
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan və Merkel arasında görüş: Turizmdə "aprel" mesajı
“Hazırda üçüncü dalğadır. Yoluxmaların kəskin artımı müşahidə olunur. Covid 19-un Britaniya mutasiyası dominantlıq edir. Yeni pandemiya şərtlərində yaşayırıq”
Almaniya lideri vətəndaşları hər gün ödənişsiz (pulsuz) test etməyə çağırıb. Merkelin sözlərinə görə, vaksinasiyanın effektivliyini yoxlamaq üçün testlər ən yaxşı variantdır. Bununla yanaşı Almaniya kansleri Britaniya ştammının hər yaş qrupunda sürətlə yayıldığını bildirib.
Bizim.Media