"ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir".
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
"ABŞ dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə birbaşa müzakirələr aparıb. ABŞ-ın bir sıra rəsmiləri təkcə ötən həftə deyil, son aylar ərzində regiona səfər ediblər.
Biz diplomatik səylərin davam etməsi üçün mümkün olan hər şeyi etdik. Biz əlimizdən gələni edə bilərik, lakin sonda onlar danışıb bir növ həll yoluna gəlmək üçün razılaşmalıdırlar. Biz bu prosesi asanlaşdırmaqda öz rolumuzu oynamağa davam etmək niyyətindəyik", - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:23 / 28.09.2023
"ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir" - Metyu Miller
Hazırda oxunan: "ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir" - Metyu Miller
Hazırda oxunan: "ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir" - Metyu Miller
157321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.