Türkiyə ərazisində qəflətən dəyişən hava şəraiti səbəbindən ölkənin 100-dən çox kəndinin yolu tamamilə bağlanıb.
Bizim.Media xəbər verir ki, artıq bir neçə gündür ölkə ərazisində hökm sürən əlverişsiz və dəyişkən hava şəraiti gecə saatlarından etibarən daha da kəskinləşib. Ölkənin bir çox bölgəsində qar və dolu yağıb. Bəzi bölgələrdə şəhər mərkəzlərində qarın qalınlığı 20 santimetrədək çatıb.
MÖVZU İLƏ BAĞLI:
XƏBƏRDARLIQ: Rayonlarda yağış, qar yağacaq
Yollarda maşınların, eləcə də vətəndaşların hərəkətində çətinliklər yaranıb. Sakarya və Düzcənin 278 kəndindən 33-nün, Çorumda isə 97 kəndin yolu tamamilə bağlanıb. Hazırda kənd yollarının açılması istiqamətində işlər davam edir.
Kocaelinin Samanlı Dağlarının zirvəsində yerləşən Kartepe qış istirahət mərkəzində qarın qalınlığı 84 santimetr ölçülüb.
Səhər saatlarında İstanbulda da qar və dolu yağıb.
Ölkənin bəzi magistral yollarında uzun tıxaclar yaranıb. Vətəndaşlara qar uçqununa qarşı xəbərdarlıq edilib. (Azərtac)
Bizim.Media