Milyarder qızına toy etdi  - 40 milyonluq gəlinlik+Video

Milyarder qızına toy etdi - 40 milyonluq gəlinlik+Video

Hazırda oxunan: Milyarder qızına toy etdi - 40 milyonluq gəlinlik+Video

156965
Moskvada Tacikistandan olan oliqarx, milyarder İlham Şokirovun qızı Mədinə Şokirovanın Sardor adlı gənclə toyu olub.

Mədinə “Zuhair Murad”x9d imzalı 40 milyon rubl dəyərində (500 min funt sterlinq) gəlinlik geyinib. Onun gəlinliyini ingilis dizaynerlər Tamara Ralf və Maykl Russo tikib. Bir neçə qat tüldən ibarət olan gəlinlikdə minlərlə mirvari və svarovski daşlarından istifadə olunub.

“Radisson Royal”x9d hotelinin “Konqres-park”x9d zalında baş tutan toy mərasiminə 900 qonaq dəvət olunub. Toyu rusiyalı aparıcılar İvan Urqant və Alla Mixeyeva idarə edib, qonaqları isə Flipp Kirkorov, Qlyukoza, Soso Pavliaşvili, Leoniq Aqutin, dağıstanlı müğənni Timur Temirov əyləndirib.

İlham Şokirov əyləncəli proqram üçün 30 milyon rubl xərcləyib.

Qeyd edək ki, biznesmen İlham Şokirov Daşkəndin ən nüfuzlu hoteli olan “Qrand”x9dın rəhbəridir. Özbəkistanda “Demir”x9d əyləncə-ticarət mərkəzinin 65% səhminə sahibdir, Moskva vilayətində isə bir neçə mehmanxanası var.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO