Fransada koronavirusdan ölənlərin sayı 92 mini keçdi - FOTO

Fransada koronavirusdan ölənlərin sayı 92 mini keçdi - FOTO

Hazırda oxunan: Fransada koronavirusdan ölənlərin sayı 92 mini keçdi - FOTO

15584

Fransada son sutkada COVID-19 pandemiyasından 343 ölüm faktı qeydə alınıb və pandemiyadan ölənlərin ümumi sayı 92 min 621-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, reanimasiya şöbələrində ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı 4548-ə çatıb və ağır vəziyyətdə olan xəstələrin sayı artmaqda davam edir.

 

MÖVZU İLƏ BAĞLI:

Fransada koronavirusa görə hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir


Xəstəxanalarda 26 min 488 koronavirus xəstəsi müalicə alır, bu günədək 281 min 885 koronavirus xəstəsi sağalıb.

Pandemiya başlayandan ölkədə 4 milyon 298 min 395 yoluxma qeydə alınıb. Xəstəxanalarda vəziyyət ötən ilin noyabr ayındakı ikinci dalğanın pik nöqtəsinə çatıb.

Ötən il dekabrın sonunda başlamış koronavirusa qarşı peyvənd kampaniyası çərçivəsində 6 milyon 199 min 118 nəfərə peyvəndin birinci dozası, onlardan 2 milyon 429 min 958 nəfərinə peyvəndin ikinci dozası vurulub. Son 24 saatda 47 min 221 peyvənd edilib.

Ölkədə aparılan testlərin 9,25 faizinin pozitiv olduğu bildirilir.

Bəzi mütəxəssislər ölkədə məhdudiyyətlərin gücləndirilməsini tələb edirlər.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO