Fransanın Rusiyadakı səfiri XİN-ə ÇAĞIRILDI - SƏBƏB 

Fransanın Rusiyadakı səfiri XİN-ə ÇAĞIRILDI - SƏBƏB 

Hazırda oxunan: Fransanın Rusiyadakı səfiri XİN-ə ÇAĞIRILDI - SƏBƏB 

155823

Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Bildirilib ki, buna səbəb Yeni Delhidə keçirilən G20 sammitində Fransa Prezidenti Emmanuel Makron tərəfindən mətbuat konfransına girişi kobud şəkildə qadağan edilmiş iki rusiyalı jurnalistə qarşı Fransa hakimiyyəti nümayəndələrinin ayrı-seçkiliyi olub.  
Bununla bağlı səfirə kəskin etiraz bildirilib. XİN-dən bildirilib ki, Rusiya tərəfi Parisin mətbuat azadlığının fundamental prinsipini açıq-aşkar pozan və onun nümayəndələrinin öz işini görməsinə mane olan qeyri-dost əməllərinə prinsipial qiymət verib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO